Hindistanın şimal ştatlarında güclü leysan yağışları və onun nəticəsində yaranan daşqın və torpaq sürüşməsi nəticəsində son iki gündə 58 nəfər ölüb.

Nyu-Dehlinin düzənliklərdəki ərazilərindən 10 mindən çox insan təxliyyə edilib. Hindistanın paytaxtındakı Yamuna çayında suyun səviyyəsi təhlükəli hədd sayılan 205,3 metri keçərək 206,94 metrə çatıb.

Uttarakxand ştatında 32 nəfər ölüb, 8 nəfər itkin düşüb. Regional hökumət oradakı bütün təhsil müəssisələrini müvəqqəti bağlayıb. Himaçal-Pradeş ştatında 26 nəfər təbii fəlakətin qurbanı olub.

Pəncab ştatının baş naziri Amarinder Sinqh təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün 13 milyon dollar ayırıb. Səlahiyyətlilər çaylarda suyun səviyyəsinin artacağını və buna görə də yeni daşqınlar olacağını gözləyirlər.

İstinadlar Report