Hindistanın şimalında naməlum yaraqlılar zəvvarların olduğu avtobusa atəş açarkən azı 10 nəfər ölüb, bundan sonra avtomobil dərəyə düşüb.

Hadisə Cammu və Kəşmirin ümumi ərazisində baş verib.

Yerli məbədə gedən və terrorçuların atəşinə tutulan avtobusda əsasən zəvvarlar olub. Atəşin altından çıxmaq istəyərkən avtobus sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxıb.

Hadisə yerinə hərbi polis və quru qüvvələrinin əsgərləri göndərilib. Terrorçuların axtarışı aparılır.

İstinadlar Report