Hindistanın Assam, Meqalaya və Arunaçal Pradeş ştatlarında leysan yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və qəzalar nəticəsində ölənlərin sayı 131 nəfərə yüksəlib.

Qeyd edilir ki, dünən 11 nəfərin həyatını itirdiyi Assam ştatında 2-si uşaq olmaqla, daha 7 nəfər itkin düşüb. Təbii Fəlakətlərlə Mübarizə İdarəsi ölənlərdən azı 80-nin Assamdan olduğunu bildirib. Ştatın 36 rayonundan 32-də 4,7 milyon insan daşqınlardan zərər çəkib.

İstinadlar Report