
Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox yaralı var.
“Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb”, – o deyib.
Hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunur. Xəstəxanaya yerləşdirilən yüzə yaxın insanın səhhətinin vəziyyəti ağır qiymətləndirilir.
Hindistan Dəmir Yolları Nazirliyi bildirib ki, artıq hadisə yerində bərpa işləri aparılır.