Hindistanda qatar relsdən çıxıb.

Bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Kanpur şəhərindən 15 kilometr məsafədə baş verib. “Haor – Nyu-Dehli” qatarının relsdən çıxaraq aşması nəticəsində azı 13 nəfər yaralanıb.

Hazırda ərazidə xilasetmə işləri aparılır. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

İstinadlar Report