
Hindistanın qərb hissəsində yerləşən Maharaştra ştatında qatarda yanğın olması barədə şayiə sərnişinlər arasında təşviş yaradıb və 12 nəfər vaqonlardan tələsik çıxarkən paralel hərəkət edən başqa qatar tərəfindən vurularaq ölüb.
Bu barədə yerli administrasiya məlumat yayıb.
Bildirilib ki, hadisə Mumbaydan 400 km məsafədə baş verib.
“İlkin məlumata görə, “Pushpak Express”in vaqonlarından birində qığılcım yaranıb və bəzi sərnişinlər təşvişə düşüb. Onlar təcili dayandırma zəncirini dartıblar və bəziləri relslərin üzərinə tullanıb. Həmin vaxt qonşu yolda “Karnataka Express” hərəkət edirdi”, – administrasiyadan bildirilib.