Hindistanın qərb sahillərində tüğyan edən Tauktae siklonunun yaratdığı fırtına və leysan yağışlar nəticəsində 8 nəfər ölüb.

Onlardan 2-si Maharaştra, 6-sı Kərnətəkə ştatındandır.

Təbii fəlakət nəticəsində Kərnətəkə ştatı ərazisində 333 ev, 57 km yol dağılıb, bütövlükdə 121 kənd ziyan çəkib. Ziyan çəkən sakinləri yerləşdirmək üçün 13 düşərgə təşkil edilib. Həmçinin, Mumbai şəhərində hava limanı və dəmir yolların fəaliyyəti dayandırılıb. Maharaştra ştatında isə 839 evin dağıldığı bildirilir, 12 mindən artıq sakin təxliyə olunub. Qonşu Qucarat ştatında da sahil bölgələrindən 150 minədək əhalinin təxliyə olunacağı açıqlanıb.

İstinadlar Report