Hindistanın Qoa ştatı Tibbi Kolec və Hospitalda (GMCH) COVID xəstələrinin yatdığı bölmədə oksigen təchizatının qəflətən azalması nəticəsində ötən gecə azı 13 xəstə dünyasını dəyişib.

Ötən gün GMCH-nin ştat paytaxtı Pənəci şəhərindəki xəstəxanasında da eyni məsələ üzündən 15 xəstə vəfat etmişdi. Bütövlükdə isə son 4 gün ərzində sözügedən problemə çarə tapılmaması ştatda 74 xəstənin həyatına başa gəlib.

Ştat hökuməti məsələ i lə bağlı araşdırmaya başlayıb. Rəsmilərin bildirdiyinə görə, ölüm hallarının bir qismi oksigen balonları arasında bağlantılardakı nasazlıq üzündən xəstələri təmin edən xətlərdə təzyiqin kəskin azalması ilə bağlıdır.

İstinadlar Report