Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında iyun ayında musson mövsümünün gəlişindən bəri yağan güclü yağışlar nəticəsində 170-dən çox insan ölüb.

Bu barədə “The Hindustan Times” qəzeti yazıb.

Məlumata görə, Himaçal-Pradeş ştatındakı əlverişsiz hava şəraiti səbəbindən yolları su basıb və elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Təbii fəlakət nəticəsində ştatın infrastrukturuna dəyən ziyan 13,2 milyard rupi (158 milyon ABŞ dollarından çox) təşkil edib.

İstinadlar Report