
Hindistanın Madhya Pradeş ştatının İndor şəhərində hindu məbədinin dam örtüyünün uçması nəticəsində ən azı 8 nəfər ölüb.
Bu barədə yerli polis idarəsindən bildirilib .
Məlumata görə, məbədin döşəməsi çökdüyündən 25-ə yaxın dindar ayinlərin icrası üçün nəzərdə tutulan quyuya düşüb. İnsanların quyuda qaldıqlarına və məbəddə xilasetmə əməliyyatının davam etdiyinə dair məlumat yayılıb.