Hindistanın qərbindəki Maharaştra əyalətində son 48 saat ərzində yağan güclü yağışın səbəb olduğu dağıntılar və torpaq sürüşmələri nəticəsində 129 nəfər ölüb.

Qeyd olunub ki, 80-dən çox insan itkin düşüb.

Leysan yağışları Hindistanın qərb sahillərinə daha çox yağıb. Rayqad, Ratnaqiri, Satara bölgələrinə və Mumbay şəhərinin ətrafına ciddi ziyan dəyib.

İstinadlar Report