Hindistanın qərbindəki Maharaştra əyalətində son 5 gün ərzində yağan güclü musson yağışları və sel səbəbindən ölənlərin sayı 192 nəfərə çatıb. Dünən daha 28 nəfərin meyiti aşkarlanıb.

Bu barədə ştat hakimiyyəti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, azı 48 nəfər xəsarət alıb, daha 25 nəfər itkin düşmüş hesab olunur. İndiyədək təbii fəlakətin zərər vurduğu rayonlardan 229 074 nəfər təxliyə olunub.

İstinadlar Report