Hindistanlı həkimlər ölkənin Qərbi Benqaliya ştatında koronavirusun yeni növünü aşkar ediblər.

SARS-CoV-2 virusunun yeni ştammı “B.1.618” adlandırılır.

Koronavirusun bu yeni növü ona insanın immun sistemindən yayınmağa kömək edən “E484K” adlı mutasiya ilə xarakterizə edilir.

Bu, koronavirusun Hindistanda aşkar edilmiş ikinci ştammıdır. Birinci ştamm “B.1.617” və ya ikili mutasiya etmiş koronavirus adı ilə tanınır.

İstinadlar Report