Hindistanda koronavirus (COVID-19) infeksiyasına 392 488 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Sutka ərzində analiz nümunələri müsbət çıxan 3 689 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19 557 457nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 542 nəfər vəfat edib.