Hindistanda daş karxanasındakı partlayış nəticəsində azı 10 nəfər ölüb.

Qəza mayın 8-də Hindistanın Andhra-Pradeş əyalətinin Kadapa rayonunda olub.

Bildirilib ki, hadisə qranitdə açılan yerə partlayıcı maddə doldurulan zaman baş verib. Partlayıcı çox olduğundan partlayış ani olub. On nəfər hadisə yerində ölüb. Yaralılar hospitala yerləşdirilib.

İstinadlar Report