Hindistanın bir neçə aviaşirkəti davam edən iğtişaşlar səbəbindən ölkənin şimal-şərqindəki Assam ştatına uçuşların müvəqqəti dayandırıldığını elan edib.

Yerli KİV Assamdakı toqquşmalar səbəbilə ştatın paytaxtı Quvahati ilə Dibruqarh şəhəri arasındakı dəmir yolu əlaqələsinin də müvəqqəti olaraq dayandırıldığını qeyd edib.

Ştat administrasiyası dünəndən Quvahatidə komendant saatı tətbiq edib. Bundan əlavə, ştatın 10 rayonunda sutka ərzində mobil internetə giriş məhdudlaşdırılıb.

Banqladeş ilə həmsərhəd olan Assamdakı iğtişaşlara dekabrın 10-da Hindistan parlamentinin aşağı palatası tərəfindən vətəndaşlıq haqqında qanuna düzəlişlərin qəbul edilməsi səbəb olub. Qanuna düzəliş Banqladeşdən, eləcə də Əfqanıstan və Pakistandan dini motivlər üzrə qaçqın düşənlər üçün vətəndaşlığa qəbul prosedurunu çox asanlaşdırır, lakin bunu müsəlmanlar üçün bir istisna edir.

İstinadlar Report