Hindistan Hərbi Dəniz Qüvvələrində ilk dəfə qadın hərbi gəmiyə komandir təyin edilib.

Bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Hari Kumar ölkədə qeyd olunan Hərbi Dəniz Qüvvələri Günü ərəfəsində keçirdiyi brifinqdə bildirib.

“Bu, qərb sahilində yerləşən sürətli döyüş gəmilərimizdən biridir. İlk dəfədir ki, qadın zabit təyin edirik. Biz bütün ixtisas proseslərindən, sonra isə imtahanlardan keçməliydik. O, gəmiyə rəhbərlik etməzdən əvvəl əlavə təlim keçəcək”, – Kumar əlavə edib.

İstinadlar Report