Hindistanın mərkəzindəki Madhya-Pradeş ştatında 10-15 yaş arası doqquz uşaq və yeniyemə güclü yağışlardan sonra evin divarının çökməsi səbəbindən ölüb.
Bu barədə PTI agentliyi məlumat yayıb.
Hadisə dini tədbir zamanı baş verib. Uşaqlar dağılmış evin yaxınlığında quraşdırılmış çadırda olublar. Divarın çökməsi nəticəsində iki uşaq hadisə yerində, daha yeddi nəfər isə xəstəxanaya aparılarkən və ya tibb müəssisəsində ölüb.
Hadisə zamanı daha bir neçə uşaq yaralanıb. Yaralılar xəstəxanada müalicə olunurlar. Onların həyatı üçün təhlükə yoxdur.