
Hindistanın Qucarat əyalətində azadlıq lideri olan Sərdar Vallabhbhai Patelin 182 metrlik heykəli qoyulub.
Bununla da Patelin abidəsi dünyanın ən uzun heykəli statusunu qazanıb. Heykəlin tikintisi 430 milyon dollara başa gəlib.
Açılışda baş nazir Narendra Modi iştirak edib. O, “Birlik heykəli”nin turizmin inkişafında böyük rol oynayacağına ümid etdiyini bildirib.
Ancaq əyalət sakinləri heykəltəraş Ram V.Sutar tərəfindən hazırlanan abidənin “pul israfından başqa bir şey olmadığını” söyləyiblər.
Qeyd edək ki, “Dəmir adam” kimi tanınan Patelin heykəli ABŞ-dakı Azadlıq heykəlindən iki dəfə uzundur.