
Hindistanın Həryan əyalətinin Daxili İşlər və Səhiyyə Nazirliyinin başçısı Anil Vic koronavirusa qarşı peyvənd olunduqdan sonra COVID-19-a yoluxub.
Bu barədə o tvitter səhifəsində yazıb.
“Koronavirusla bağlı testimin nəticəsi müsbət çıxdığından məni Ambala-Kanttdakı mülki xəstəxanaya yerləşdiriblər. Mənimlə təmasda olanların hamısının testdən keçməsi lazımdır”, – o bildirib.
Məlumata görə, A.Vic Hindistanın “Bharat Biotech” şirkətinin istehsal etdiyi “Covaxin” vaksini ilə peyvənd olunub.