Hindistanın cənub-şərqindəki Andhra-Pradeş ştatındakı Tirumala Venkateşvara məbədində hinduların dini festivalına bilet almaq üçün növbədə yaranan izdiham nəticəsində azı 6 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Bu barədə yerli hakimiyyət məlumat yayıb.

Yanvarın 10-da başlayacaq festivala yüzlərlə dindar gəlib. Məbəd kompleksinin qapıları açılanda isə güclü sıxlıq yaranıb. Təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib.

İstinadlar Report