Hindistanda son sutka ərzində 367 147 koronavirus xəstəsi aşkar edilib.

Ölkədə pandemiya başlayandan bəri COVID-19-a yoluxmuş insanların ümumi sayı 19,93 milyona çatıb.

Virus son sutka ərzində Hindistanda 3 417 nəfərin ölümünə səbəb olub. Ölkədə xəstəlik səbəbindən ümumilikdə 218 959 nəfər dünyasını dəyişib.

Lakin ekspertlər bildirirlər ki, 1,35 milyard əhalisi olan Hindistanda COVID-19 xəstələrinin sayı rəsmi rəqəmlərdə göstərildiyindən 10 dəfə artıq ola bilər.

Ölkədə xəstəxanalar tam dolub, tibbi oksigen təchizatı qurtarmaq üzrədir, morqlar və krematoriyalar isə meytilərlə tam dolub.

İstinadlar Report