Hindistanda yeni növ koronavirus infeksiyasına yoluxanların sayında yenidən artım müşahidə edilib

Bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 30 031 nəfərin koronavirus testi müsbət olub. Nəticədə ölkədə virusa yoluxanların sayı 31,7 milyonu ötüb.

Son sutkada müalicə alan 420 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

İstinadlar Report