Hindistanın Çhattisqarh ştatında bomba partlayışı nəticəsində ən azı səkkiz polis əməkdaşı həlak olub.

Hindistan polisi çoxsaylı ölüm faktını mətbuata təsdiqləyərək, partlayış nəticəsində səkkiz polis əməkdaşı və bir sürücünün həlak olduğunu bildirib.

Heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Partlayış təhlükəsizlik qüvvələrinə qarşı yönəlmiş silsilə hücumların bir hissəsi olub və hüquq-mühafizə orqanları ilə maoist üsyançılar arasında mütəmadi toqquşmalar fonunda baş verib.

İstinadlar Report