Hindistanın Marçula şəhəri (Uttarakhand ştatı) yaxınlığında avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

Bu barədə “Times of India” nəşri məlumat yayıb.

45 yerlik avtobusun sürücüsü dağ yolunda idarəetməni itirib və maşın təxminən 200 metr hündürlükdən uçuruma düşüb.

Bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Ən azı beş nəfər itkin düşmüş hesab olunur.

İstinadlar Report