Hindistanın cənub-qərbindəki Kərnətəkə ştatı ərazisində sərnişin avtobusunda baş verən yanğın nəticəsində azı 5 nəfər, o cümlədən 3 uşaq (başqa məlumata görə iki uşaq və bir qadın) həlak olub, 30-dək sərnişin də xəsarət alıb.

Hadisə bu gün səhər magistral yolun Çitradurqa dairəsində, Bijapur şəhərindən Benqaluru istiqamətində gedən sərnişin avtobusunda baş verib.

Yanğın mühərrikdə qısaqapanma üzündən baş verib. Həmçinin hadisə zamanı sürücünün qaçıb uzaqlaşdığı bildirilir.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.

İstinadlar Report