
Hindistanın şimalındakı Cammu və Kəşmirdə baş verən atışma nəticəsində ən azı 25 turist həlak olub, 20-yə yaxın turist isə yaralanıb.
Bu barədə “The Print” portalı məlumat yayıb.
Hakimiyyət orqanları ölən və yaralananların sayını hələ açıqlamayıb.
“Bu hücum son illərdə mülki şəxslərə qarşı yönəldilmiş hücumlardan olduqca böyükdür”, – regionun rəhbəri Ömər Abdulla bildirib.