Hindistan aprelin sonundan etibarən koronavirusla mübarizə üçün xaricdən 17 tibbi avadanlıq və dərman tədarükü alıb.

COVID-19-a yoluxmaların kəskin artması şəraitində 14 dövlət Hindistana göstərilən yardımda iştirak edib.

Yardıma oksigen konsentratorları, tibbi oksigen silindrləri, ağciyərlərin süni ventilyasiya aparatları, antiviral dərmanlar, koronavirus ekspres testləri, nəbz oksimetrləri və fərdi qoruyucu vasitələr daxildir.

Hindistana yardım göstərmiş ölkələr arasında ABŞ, Böyük Britaniya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, İrlandiya, Tayland, Almaniya, Fransa, Özbəkistan və digər ölkələr var.

Hindistan xaricdən tibbi yardımı ölkəyə gətirmək üçün hərbi nəqliyyat təyyarələrindən və donanmanın yeddi gəmisindən istifadə edir.

İstinadlar Report