Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.

Polisin Bakıda keçirdiyi tədbirlərlə Azərbaycana gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb. O guya zərərçəkənlərə ABŞ-yə getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

İstinadlar Qafqazinfo