
Hindistan və Çin birbaşa sərnişin reyslərinin bərpası ilə bağlı danışıqların ilk raundunu keçiriblər, lakin konkret tarixlər hələ müəyyən edilməyib.
“Mülki Aviasiya Nazirliyi və Çindəki həmkarlarımız görüş keçiriblər”, – Hindistanın mülki aviasiya naziri Vumlumanq Vualnam bildirib.
Bununla yanaşı, o, bir sıra həll olunmamış məsələlərin qaldığını qeyd edib.
Məlumata görə, yanvarda Hindistan və Çin ticari, eləcə də iqtisadi fikir ayrılıqlarının həlli istiqamətində işləmək barədə razılığa gəliblər. Bunun da hava əlaqələrinin inkişafına təkan verəcəyi gözlənilir.
İki ölkə arasında münasibətlər 2020-ci ildə Himalaylarda baş verən sərhəd toqquşmasından sonra əhəmiyyətli dərəcədə mürəkkəbləşib, nəticədə azı 20 hindistanlı və dörd çinli hərbçi həlak olub. Bundan sonra Hindistan Çin şirkətlərinin investisiyalarını məhdudlaşdırıb, yüzlərlə Çin tətbiqini bloklayıb və sərnişin reyslərinin sayını azaldaraq yalnız yük hava əlaqəsini saxlayıb.