Hindistan və ABŞ Asiya ölkəsinin ərazisində “Javelin” daşına bilən tank əleyhinə raket komplekslərinin birgə istehsalının təşkili imkanlarını müzakirə edirlər.

Məlumata görə, ABŞ-nin yüksək səviyyəli nümayəndə heyətinin Yeni Dehliyə son səfərlərindən birində tərəflər bu mövzuda danışıqlar aparıblar.

Agentlik qeyd edir ki, Hindistanda “Javelin”in mümkün birgə istehsalı ilə bağlı müzakirələr ilkin mərhələdədir, Asiya ölkəsi bu məsələ ilə bağlı yekun qərarını verməyib.

İstinadlar Report