Hindistan yaxın 2-3 il ərzində ABŞ ilə hərbi-texniki əməkdaşlıq sahəsində, təxminən, 10 milyard dollar həcmində sazişlər bağlamaq niyyətindədir.

Bu barədə “Times of India” qəzeti yazıb.

Böyük sazişlər sırasında Hindistanın, təxminən, 3 milyard dollara əlavə 10 ədəd “P-8I” dəniz patrulu təyyarəsi almaq istəməsi önəmli yer tutur. Bundan əlavə, Hindistan Hərbi Dəniz Qüvvələrinin ehtiyacları üçün 24 ədəd “MH-60” qayıqəleyhinə çoxhədəfli helikopterinin (2,6 milyard dollar), 6 ədəd “Apaçe” zərbə helikopterinin (930 milyon dollar), eləcə də paytaxt Dehli dairəsinin qorunması üçün ən yeni hava hücumundan müdafiə sistemlərinin (təxminən 1 milyard dollar) alınması üzrə sazişlərin imzalanacağı gözlənilir.

Müdafiə sahəsində əməkdaşlıq üzrə bu məsələlər ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu həftə Hindistana səfəri zamanı müzakirə olunacaq.

İstinadlar Report