
Hindistan təyyarələri Pakistanın üç aviabazasına raket zərbələri endirib.
“Report” xəbər veirr ki, bunu Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri bəyan edib.
“Hindistan təyyarələri Nur Xan, Murid və Rafiqi kimi tanınan Şorkot aviabazalarına raket zərbələri endiriblər”, – deyə o bildirib.
Çaudri zərbələrin heç bir ziyana səbəb olmadığını deyib.