
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) 3,3 ton narkotik daşıyan gəmini ələ keçirib.
Bu barədə donanmanın nümayəndəsi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, bu, ölkə tarixində ən böyük narkotik müsadirələrindən biri olub: “Hindistan HDQ Narkotiklərə Nəzarət Bürosu ilə birgə əməliyyatda təxminən 3300 kiloqram qaçaqmal daşıyan şübhəli gəmini ələ keçirib”.