Hindistan “Visakhapatnam” esminesindən gəmilər üçün nəzərdə tutulmuş səsdən sürətli “BrahMos” qanadlı raketinin sınağını həyata keçirib.

Bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) özünün tviter səhifəsində yazıb.

Ötən ilin dekabr ayında Hindistanda “BrahMos” raketlərinin aviasiya versiyasını sınaqdan keçirmişdi. Səsdən sürətli bu qanaqlı raketlər “BrahMos Aerospace” Hindistan-Rusiya birgə müəssisəsində istehsal edilir.

İstinadlar Report