Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində inkişaf

 

Cammu və Kəşmir İttifaq Ərazisində müsbət xətt üzrə inkişafa dair məlumat verən səfir B.Vanlalvavna bildirdi ki, Hindistan Hökuməti tərəfindən son bir neçə ay ərzində qəbul edilən müxtəlif qərarların nəticəsində yaxşı idarəetmənin inkişaf etdirilməsi ilə bağlı hədəfə nail olunub və İttifaq Ərazisində yaşayan insanlar hərtərəfli sosial-iqtisadi inkişaf ilə təmin olunub.
Ən son inkişaf ilə bağlı səfir qeyd etdi ki, 1989-cu ildə qəbul edilən, 1 oktyabr 2020-ci il tarixində Hindistan Hökuməti Daxili İşlər Nazirliyi və 21 oktyabr 2020-ci il tarixində isə İttifaq Kabineti tərəfindən dəyişdirilən və rəsmi şəkildə bildirilən Cammu və Kəşmir Kənd Bələdiyyəsi qanunu haqqında Akt (Panchayati Raj Act) xalqa siyasi güc verdi. Dəyişiklik İttifaq Ərazisində yaşayan insanların ölkənin digər bölgələrində olduğu kimi birbaşa öz nümayəndələrini seçməsinə imkan verəcək və beləliklə yerli qurumları üç səviyyəli güc strukturu ilə gücləndirəcəkdir. Yeni dəyişikliklə, insanlar indi yerli qurumları idarə etmək gücünə, həmçinin rayon və məhəllə səviyyəsində rifah ilə bağlı layihələri həyata keçirmək səlahiyyətinə sahib olacaq.
Səfir onu da bildirdi ki, bu yaxınlarda Hökümət tərəfindən Cammu və Kəşmirdə alma tədarükü üçün Bazar Müdaxiləsi layihəsinin bir il uzadılması təsdiq olundu. Bu qərar ilə alma yetişdiriciləri səmərəli satış platforması ilə təmin olunacaq və yerli əhali üçün məşğulluğun yaradılmasına köməklik göstəriləcək. Bununla da, alma üçün minimum qiymətlər təyin ediləcək və nəticə etibarilə Cammu və Kəşmirdə fermerlərin ümumi gəlirləri artacaq.
Cammu və Kəşmirin ötən il yenidən qurulması müsbət istiqamətdə bir sıra inkişafa gətirib çıxardıb. Buna misal olaraq, Cammu və Kəşmirdə yaşayan uşaqların 14 yaşına qədər təhsil almaq hüququnu təmin edən 2009-cu il Pulsuz və Məcburi Təhsil Hüququ haqqında təhsil aktının tətbiq edilməsini qeyd etmək olar. 2015-ci il Uşaq Ədalət Aktı, (Uşaqları qorumaq və onlara qayğı göstərmək) və 2005- ci il Qadınları Məişət Zorakılığından Qoruma Aktı qadınlara səlahiyyət verdi və uşaqları istismardan və zərərdən qorudu.
Səfirin sözlərinə görə, 2019-cu ilin avqust ayından bəri Hökumət ştat gənclərinin məşğulluğunu təmin etmək üçün müxtəlif addımlar atmışdır. Buraya birinci mərhələdə bütün səviyyələrdə sürətli işə qəbul üçün 10.000 iş imkanının yaradılması və gələcəkdə daha 25.000 iş imkanının yaradılması planı daxildir. Hökümət, həmçinin daha 25000 vakansiyası olan 50 yeni təhsil müəssisəsi təsis etmişdir ki, bu da son 70 ildə ən böyük inkişafdır. Yaxın gələcəkdə 2 yeni Bütün Hindistan Tibb Elmləri İnstitutu, 7 yeni tibb kolleci, 5 yeni tibb bacısı kolleci və bir dövlət xərçəng xəstəliyi institutunu əhatə edən 1 milyard ABŞ dolları dəyərində yeni sağlamlıq infrastrukturunun təsis edilməsi gözlənilir.