
“Hindistan riyakar və simasız siyasət həyata keçirir”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Hindistanın Ermənistanla hərbi sahədəki əməkdaşlığından və 270 milyon dollar dəyərində silah satmasından bəhs edən deputat bildirib ki, bu, regionda sülh prosesinin qarşısının alınmasına yönəlmiş bir addımdır.
O, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməklə bölgədə yeni reallıqlar yaratdığını vurğulayıb. Bildirib ki, dünya dövlətləri sülh proseslərinə töhfə verə bilməsələr də, ən azından müharibəni körükləməməyə çalışmalıdırlar. Onun sözlərinə görə, Hindistan bu addımı ilə haqqın və ədalətin yox, işğalın yanında olduğunu göstərib.

C.Məmmədov həmçinin qeyd edib ki, Hindistan silahları keyfiyyətsiz, eyni zamanda Rusiya silahlarının ucuz, keyfiyyətsiz surətidir və həmçinin bir çox meyarlarına görə Pakistanın silahlarından geri qalır. Deputat hesab edir ki, Azərbaycan da Hindistanın bu riyakarlığını görüb Çinlə əməkdaşlığını daha da gücləndirmək üçün əməli addımlar atmalıdır: