Hindistan müxtəlif növ döyüş başlıqları, o cümlədən nüvə başlığı daşıya bilən “Agni-II”ballistik raketini sınaqdan keçirib.

Bu barədə “Daily Express” qəzeti məlumat yayıb.

Məlumata görə, sınaqlar Odiş əyalətindəki təlim meydanında baş tutub və uğurla nəticələnib.

“Agni-II” raketi Hindistanın ballistik raket donanmasının əsasını təşkil edən “Agni” raketinin növlərindən biridir.

İstinadlar Report