Hindistanın Müdafiə Satınalmaları Şurası ümumi dəyəri 1,5 trilyon rupi (17,3 milyard ABŞ dolları) olan 10 satınalma təklifini təsdiqləyib.

Bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hindistan Ordusunun tank parkının modernləşdirilməsi üçün “Future Ready Combat Vehicles” (FRCV) tanklarının satın alınması təklifi təsdiq edilib. FRCV üstün hərəkət qabiliyyətinə, yolsuzluq qabiliyyətinə, çoxqatlı mühafizəyə, dəqiq və effektiv atəş sisteminə və real vaxt situasiya məlumatlılığına malik müasir əsas döyüş tankı olacaq”, – qurumdan bildirilib.

İstinadlar Report