Hindistan 2024-cü ilin may ayında 3,333 milyard ABŞ dolları dəyərində qızıl idxal edib.
Bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Bu, ötən ilin may ayı ilə müqayisədə 10 % az, lakin 2024-cü ilin aprel ayı ilə müqayisədə 7 % çoxdur.
Yalnız ilin ilk 5 ayında Hindistana qızıl idxalı 16,039 milyard ABŞ dolları təşkil edib və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 % çoxdur.