Hindistan hərbçilərinin ikinci qrupu Maldiv adalarını tərk edib, beləliklə, mayın 10-dək başa çatmalı olan bir neçə mərhələli prosedur davam edir.

Bu barədə ada dövlətinin Prezidenti Məhəmməd Muizzu bildirib.

Onun sözlərinə görə, ikinci qrup cümə axşamı ölkəni tərk edib. “Yalnız bir qrup qalıb. Bütün əcnəbi hərbçilər mayın 10-na kimi buradan çıxacaqlar”, – “Edition” xəbər portalı onun sözlərini sitat gətirib.

Hindistan hərbçilərinin təxminən 25 nəfərdən ibarət birinci qrupu martın 10-da ölkəni tərk edib. Onları mülki mütəxəssislər əvəz edir.

Qeyd edək ki, fevralın əvvəlində yüksək səviyyəli ikitərəfli qrupun görüşündən sonra iki ölkənin Maldiv əhalisinə humanitar və tibbi xidmətlər göstərən Hindistan aviasiya texnikasının istismarını davam etdirməyə imkan verən bir sıra qarşılıqlı məqbul qərarlar barədə razılığa gəldikləri məlum olub. Tərəflər Hindistan hökumətinin hərbi heyətini üç aviaqrupundan biri ilə martın 10-dək, digər ikisini isə mayın 10-dək əvəz edəcəyinə qərar veriblər.

İstinadlar Report