
Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlayıb.
Bu barədə NOTAM-ın aviasiya idarəsi məlumat yayıb.
Qeyd olunur ki, qərar aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.
Xatırladaq ki, aprelin 22-də Cəmmu və Kəşmir bölgəsinin Hindistana aid hissəsindəki Pahalqam şəhərində turistlərin sıx toplaşdığı yerdə terror aktı baş verib. Son məlumatlara görə, 26 nəfər ölüb. Hindistan hadisəyə görə məsuliyyəti Pakistanın üzərinə qoyub.
Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib.