Hindistan Baş naziri Narendra Modi, bu gün videokonfrans vasitəsilə Andaman və Nikobar adalarını materiklə birləşdirən sualtı Fiber Optik Xəttininin (OFC) açılışını edib.

Narendra Modi əsası 2018-ci ildə Port Blerdə qoyulan bu xəttin adalarda sonsuz sayda imkanlar yaradacağını bildirdi. O, uzunluğu 2300 km olan sualtı kabel xəttinin çəkilməsinin və vaxtından əvvəl tamamlamasının çox təqdirəlayiq olduğunu qeyd edib.

 

Baş nazir bu gün Çennaydan Port Blerə, Port Blerdən Kiçik Andaman və Port Blerdən Svarac adasına qədər adaların böyük bir hissəsində optik-kabellə fəaliyyətin başladığını söylədi.

 

Baş nazir uzunluğu təxminən 2300 kilometri olan dənizaltı kabelin çəkilməsinə heyranlığını bildirdi və qeyd etdi ki, dərin dənizdə araşdırma aparmaq, kabelin keyfiyyətini qoruyub saxlamaq və xüsusi gəmilərlə kabeli çəkmək prosesi asan bir iş deyil. Layihə, həmçinin Korona pandemiyası səbəbiylə yaranmış çətin dövrü, eləcə də yüksək dalğalar, fırtınalar və musson yağışları ilə bağlı yaranan çətinlikləri dəf etməli idi.

 

Baş nazir Andaman və Nikobar adalarında uzun müddət bu layihəyə ehtiyac duyulduğunu, lakin  yerinə yetirilməsi istiqamətində heç bir addımın atılmadığını bildirdi. Modi bu qədər bütün çətinliklərə rəğmən layihənin həyata keçməsindən məmnunluğunu bildirdi.

Baş nazir, Andaman və Nikobar adalarında yaşayan insanlar üçün daha yaxşı və sərfəli bağlantının yaradılmasının ölkə qarşısında vacib vəzifələrdən olduğunu söylədi. O. layihədə iştirak edən hərkəsi təbrik etdi, sualtı kabelin Andaman və Nikobar adalarının Dehlidən və materikin əsas hissələrindən kənarda qalmadığını əyani göstərən bir layihə olduğunu vurğuladı.

 

Modi bildirdi ki, Hökumət hər bir vətəndaşın və sektorun daha yaxşı bir yaşayış şərtlərinə sahib olması üçün müasir imkanların təmin olunması məsələsində qərarlıdır. O qeyd etdi ki, Andaman və Nikobar adalarını ölkənin qalan hissəsi ilə əlaqələndirən bu Fiber Optik Layihə, Hökumətin yaşayış rşərtlərinin təmin edilməsində qərarlı olduğuna dair bir nümunədir.

Baş nazir sualtı kabelin Andaman və Nikobar adalarının daha sərfəli və daha yaxşı bağlantı ilə təmin edilməsində, həmçinin rəqəmsal Hindistanın, xüsusən onlayn təhsil, tele-tibb, bank sistemi, onlayn ticarət və turizm kimi sahələrin inkişafına köməklik göstərəcəyini söylədi.

 

Baş nazir Hind Okeanının min illərdir Hindistanın ticarət və strateji fəaliyyətinin mərkəzi olduğunu və Andaman və Nikobarın Hindistanın İqtisadi-Strateji Əməkdaşlıq üçün əhəmiyyətli bir mərkəz olduğunu vurğuladı. O, Hindistanın bütün adalarının Hind-Sakit okeanı bölgəsi üçün yeni ticarət strategiyası çərçivəsində əhəmiyyətli bir rol oynayacağını söylədi.

 

Modi, “Şərq Aktı” siyasəti çərçivəsində, Hindistanın Şərqi Asiya ölkələri və dənizlə əlaqəli digər ölkələrlə qurduğu güclü əlaqələrində Andaman və Nikobarın rolunun çox yüksək olduğunu və artmaqda davam etdiyini bildirdi.

 

Baş nazir, Andaman və Nikobara məxsus 12 adada effektiv layihələrinin genişləndirildiyini söylədi. Daha yaxşı internet və mobil bağlantı ilə təmin etməkdən əlavə,  yol, hava və su yolu ilə fiziki əlaqəni daha da yaxşılaşdırmaq istiqamətində təşəbbüslərin olduğunu bildirdi. Baş nazir, Şimali və Orta Andamanın yol bağlantısını yaxşılaşdırmaq üçün iki böyük körpüyə və Milli magistral -4 üzərində görülən işlərə də nəzər saldı. Onun sözlərinə görə, Port Bler Hava Limanı  genişləndirilir. Bununla yanaşı, hava limanları Diglipur, Car Nikobar və Kampbell körfəzi bölgələrin üçün də fəaliyyətə hazırdır.

Baş nazir qeyd etdi ki, Hökumət həmçinin diqqətini dənizdə biznes imkanlarını təşviq etməyə və dəniz logistikasını sadələşdirməyə yönəldib. O, dərin layihəli daxili limanın sürətlə tikilməsi və Böyük Nikobarda Minik Dəyişdirmə Limanının yaradılması təklifinə nəzər saldı. Modi bunun böyük gəmilərin lövbər salmasına imkan verəcəyini və yeni məşğulluq imkanları ilə birlikdə dəniz ticarətində Hindistanın rolunun artıracağını söylədi.

 

O, Adanın balıqçılıq, akvakultura və dəniz yosunu əkinçiliyi kimi mavi iqtisadiyyatının Andaman və Nikobarda inkişaf etdirilən müasir infrastrukturla mütənasib olaraq sürətlənəcəyini bildirdi.

*