Hindistan ABŞ ilə neft-qaz ticarətini artıracaq.

Bunu Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra deyib.

Modi bildirib ki, Hindistan enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə neft-qaz ticarətini inkişaf etdirəcək.

Onun sözlərinə görə, enerji infrastrukturuna investisiyalar artacaq.

Modi qeyd edib ki, Trampla danışıqlar zamanı nüvə enerjisi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə kiçik nüvə reaktorlarının yaradılması da müzakirə olunub.

İstinadlar Report