“44 günlük müharibədən sonra sülh sazişi ilə bağlı təşəbbüs Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin sualına cavabında deyib.