Qlobal Bakı Forumunun gündəliyinin qlobal düzənə həsr olunması heç də təsadüfi deyil. Bu gün dünya miqyasında əsas müzakirə olunan məsələlərdən biri yeni dünya düzəni və dövlətlərarası münasibətlərin hansı formada təşəkkül tapması əsas və başlıca suallardan biridir.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir Hikmət Hacıyev XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, konfransda 350-dən çox nümayəndə iştirak edir. Onların sırasında nüfuzlu siyasi xadimlər, beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif nümayəndələr iştirak edirlər.

İstinadlar Report