Qarabağ müharibəsi zamanı dezinformasiya var idi. Xüsusilə, erməni mənbələri tərəfindən süni şəkildə yaradılmış təsvirlər istifadə edildi.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.