“Azərbaycandakı xarici diplomatik korpus nümayəndələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra artıq 7-ci dəfədir azad olunmuş ərazilərə səfər edirlər”.

Bunu “Report”un bölgəyə ezam edilmiş müxbirinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu cür səfərlərdə əsas məqsəd Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistanın törətdiyi vəhşiliklər və vandallıqlarla yerində tanış olmaqdır. Ermənistan tərəfi əməllərini inkar və ya başqa cür ört-basdır etməyə çalışsalar da, diplomatlar onların əməllərini öz gözləri ilə görəndən sonra inkar etmək mənasızdır”, – o bildirib.

İstinadlar Report