Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur.
“Report”un Şuşaya ezam edilən müxbirinin verdiyi məlumata əsasən, bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.