“Ermənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşəti görməlidir”, – o bildirib.